Əlixan Musayev:
(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!
Elmir Quliyev
:
Выступайте в поход, легко ли это вам будет или обременительно, и сражайтесь на пути Аллаха своим имуществом и своими душами. Так будет лучше для вас, если бы вы только знали.
Ələddin Sultanov:
Yüngül və ağır olaraq döyüşə çıxın! Mallarınızla və canlarınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Yüngül və ağır (süvari və piyada) olaraq səfərə çıxın, mallarınızla və canlarınızla (nəfslərinizlə) Allah yolunda cihad edin (döyüşün). Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.
Ələsgər Musayev:
Yüngül və ağır çıxışlarla və malınız və nəfsinizlə cihad
edin Allah yolunda! Bu, sizin üçün xeyirdir, əgər biləsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
Kövsər Tağıyev:
İstər piyada olaraq, istərsə də minik üzərində Allah yolunda səfərə çıxın. Mallarınızla, canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Gərək xəfif, gərək ağır olaraq (cihada) çıxın, malınızla, canınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir!
Sabirə Dünyamalıyeva:
Yüngül təchizatla və ağırlıqla döyüşə çıxın və mallarınızla, canlarınızla Allah yolunda səy göstərin. Bilsəniz, bu sizin üçün daha xeyirlidir.