Əlixan Musayev:
Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;
Elmir Quliyev
:
Не думай, что Аллах не ведает о том, что творят беззаконники. Он лишь дает им отсрочку до того дня, когда закатятся взоры.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır.
Kerbelayi Malik ağa:
Allahı zalımların etdiyi şeylərdən qafil olduğunu sanma. Sadəcə onları gözlərin dəhşətdən açılacağı günə qədər təxirə salar.
Ələsgər Musayev:
Hesab etmə Allahı zalimlərin əməlindən qafil.
O təxirə salar onları o günə kimi ki, onda gözlər açıq qalar.
A.Mehdiyev və D.Cəfərli:
Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.
Kövsər Tağıyev:
Əsla Allahı zalımların etdiklərindən xəbərsiz sanma! Allah onları ancaq gözlərin dəhşətlə baxacağı bir günə qədər yubadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsızların nələr etdiklərindən Allahın xəbərsiz olduğunu sanma. (Allah) onlara o günə qədər möhlət verər ki, o vaxt onların (qorxudan) gözləri bərələcəkdir.
Sabirə Dünyamalıyeva:
Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin etdiklərindən Allahın xəbərsiz olduğunu/bunlara qarşı laqeyd olduğunu sanma! möhlət verir.