Ənkəbut Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
Воистину, Аллах знает всех тех, кому они поклоняются помимо Него (или знает, что те, кому они поклоняются помимо Него, являются ничем). Он Могущественный, Мудрый.
Ələddin Sultanov:
Allah onların Onu qoyub nəyə dua etdiklərini çox yaxşı bilir. O, yenilməz qüvvət hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah onların Ondan (Allahdan) başqa tapındıqları şeyləri bilir. O, Əzizdir, Hakimdir (hökm hikmət sahibi).
Ələsgər Musayev:
Həqiqətən, bilir Allah ki, onlar çağırırlar Onun əvəzinə şeylərdən. O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət hikmət sahibidir.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah onların Onu buraxıb nələrə tapındıqlarını bilir. O, mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah onlann Onu qoyub kimə ibadət etdiklərini yaxşı bilir. Axı O, qüdrət hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allah, onların, Özünün altındakılardan nəyə yalvardıqlarını bilir. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.