Əlixan Musayev:
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.
Elmir Quliyev
:
Вот сказали ангелы: "О Марьям (Мария)! Воистину, Аллах избрал тебя, очистил и возвысил над женщинами миров.
Ələddin Sultanov:
Bir zamanlar mələklər demişdi: “Ey Məryəm! Həqiqətən, Allah səni seçib tər-təmiz etdi və aləmlərin (insanların) qadınlarından üstün tutdu.
Kerbelayi Malik ağa:
Mələklər belə demişdilər: ‘Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi və tərtəmiz yaratdı və səni aləmlərin qadınları üzərində üstün etdi.’
Ələsgər Musayev:
Və
onda dedilər mələklər: «Ay Məryəm! Həqiqətən, Allah seçdi
səni və pak etdi səni və seçdi səni üzərində qadınlarının
aləmlərin.
A.Mehdiyev və D.Cəfərli:
V? (yada sal) o zaman(?) ki, m?l?kl?r dedil?r: «Ey M?ry?m, h?qiq?t?n Allah s?ni secib, paklasd?r?b v? (Beytul-Muq?dd?sd? xidm?t etm?k, ruzinin s?madan g?lm?si, m?l?k il? sohb?t etm?k v? dunyaya atas?z ovlad g?tirm?k s?r?fin? nail oldugun ucun oz ?srind?) al?md?ki butun qad?nlardan ustun edib.
Kövsər Tağıyev:
Mələklər: “Ey Məryəm! Allah səni seçdi. Səni pak etdi və səni dünya qadınlarından üstün tutdu”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman mələklər demişdilər “Ey Məryəm! Allah səni seçdi, pak etdi və səni aləmlərin qadınlarından seçib üstün etdi.
Sabirə Dünyamalıyeva:
Və bir zaman xəbərçi ayələr: "Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tər-təmiz biri etdi və səni aləmlərin qadınlarına [üstün] etdi.