Rum Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Yer üzünü gəzib dolaşın əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Məkkə əhlinə) de: “Yer üzünü gəzib-dolaşın (sizdən) əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.
Elmir Quliyev :
Скажи: "Постранствуйте по земле и посмотрите, каким был конец тех, которые жили прежде. Большинство из них были многобожниками".
Ələddin Sultanov:
De: “Yer üzündə gəzib dolaşın əvvəlkilərin aqibətinin necə olduğuna baxın! Onların çoxu müşrik idi.
Kerbelayi Malik ağa:
De ki: ‘Yer üzündə gəzib dolaşın. Beləcə daha əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu müşrik idilər.’
Ələsgər Musayev:
De: «Seyr edin ərzdə nəzər salın necə oldu aqibəti o kəslərin ki, bundan qabaq var idilər. Oldu əksəriyyəti onların müşriklər».
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi».
Kövsər Tağıyev:
De ki: “Yer üzündə gəzib-dolaşın, əvvəlki millətlərin aqibətinin necə olduğunu bir görün”. Onların çoxu Allaha şərik qoşan kimsələr idi.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Yer üzündə gəzib dolaşın əvvəlkilərin aqibətinin necə olduğunu görün. Onların çoxu müşrik idi."
Sabirə Dünyamalıyeva:
De ki: "Yer üzündə gəzib-dolanın bundan əvvəlkilərin aqibətinin necə olduğuna bir baxın. Onların çoxu şərik qoşanlar idi."