Əlixan Musayev:
Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.
Bünyadov-Məmmədəliyev:
(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar).
Elmir Quliyev
:
Они принесли величайшие клятвы именем Аллаха о том, что если к ним придет предостерегающий увещеватель, то они встанут на более правильный путь, чем любая другая община. Когда же к ним явился предостерегающий увещеватель, это не увеличило в них ничего, кроме отвращения.
Ələddin Sultanov:
Onlar özlərinə xəbərdar edən bir peyğəmbər gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir peyğəmbər gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı.
Kerbelayi Malik ağa:
Əgər həqiqətən onlara nəzir gələrsə, mütləq ən çox hidayətdə olan ümmətlərdən biri olacaqları barədə Allaha çox möhkəm and içdilər. Lakin onlara nəzir gəldiyi zaman onların nifrətlərindən başqa bir şeyi artırmadı.
Ələsgər Musayev:
And
içdilər Allah ilə cəhdlə böyük andlarla: əgər gələrsə onlara
nəzərə çatdıran, onda olacaqlar hidayətli hər hansı bir
ümmətlərdən. Amma elə ki, gəldi onlara nəzərə çatdıran, onda
artırdı onlara ancaq nifrəti,
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.
Kövsər Tağıyev:
Müşriklər əgər özlərinə bir xəbərdar edən gəlsə, başqa ümmətlərdən daha çox doğru yolda olacaqlarına dair ən güclü şəkildə Allaha and vermişdilər. Lakin onlara bir xəbərdar edən gəldikdə bu, ancaq onların nifrətlərini artırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara bir öyüd-nəsihətçi gələrsə, hər hansı bir ümmətdən daha doğru yol tutacaqlarına ən böyük andları ilə Allaha and içdilər. Onlara öyüd-nəsihətçi gələndə isə bu, onlarda yalnız nifrəti artırdı.
Sabirə Dünyamalıyeva:
Və onlar, var gücləriylə Allaha and içmişdilər ki, onlara xəbərdarlıq edən bir peyğəmbər gəlsə, mütləq başçısı olan qövmlərin hamısından daha doğru yolda olacaqdılar. Buna baxmayaraq, nə zaman ki, onlara xəbərdarlıq edən biri gəldi,