Fussilət Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
önündən, arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.
Bünyadov-Məmmədəliyev:
öncə, sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.
Elmir Quliyev :
Ложь не подберется к нему ни спереди, ни сзади. Оно ниспослано от Мудрого, Достохвального.
Ələddin Sultanov:
Önündən də, arxasından da ona batil qarışa bilməz. O, hikmət sahibi şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir.
Kerbelayi Malik ağa:
Batil Onun önündən arxasından Ona yol tapa bilməz. Hakim Həmid tərəfindən endirilmişdir.
Ələsgər Musayev:
Gəlmir ona batil qarşıdan, arxadan nazil olub Həkimdən, Həmiddən.
A.Mehdiyev və D.Cəfərli:
Ona qarşısından, arxasından batil yol tapa bilməz (onun hökm təlimlərində, həmçinin keçmiş gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, yaradılış şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir.
Kövsər Tağıyev:
Ona önündən, arxasından batil gələ bilməz. O, hökm hikmət sahibi, tərifə layiq olan Allah tərəfindən endirilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yalan ona önündən, arxasından yol tapar. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.
Sabirə Dünyamalıyeva:
Önündən arxasından/heç bir tərəfindən batilin ona yol tapa bilmədiyi çox şərəfli bir kitabdır.