Şura Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!
Elmir Quliyev :
Укора заслуживают только те, которые поступают несправедливо с людьми и бесчинствуют на земле без всякого права. Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Ancaq insanlara zülm edənlər yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Lakin insanlara zülm edənlərin yer üzündə haqsız yerə azğınlıq edənlərin əleyhinə cəza vardır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, yol, üzərində o kəslərindir ki, zülm edirlər insanlara pislik edirlər ərzdə qeyri haqq. Həmin onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
(Cəza tənbeh) yol(u) yalnız insanlara zülm edən yer üzündə haqsız yerə hökmranlıq fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
Kövsər Tağıyev:
Cəza yolu sadəcə insanlara zülm edənlər yer üzündə haqsız yerə həddi aşanlar üçündür. Məhz onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
o kəslər əleyhinə bir şey olar ki, onlar insanlara zülm edir yer üzündə haqsız olaraq azğınlıq edirlər. Onlara üzücü bir əzab olacaqdır.
Sabirə Dünyamalıyeva:
Yol ancaq insanlara haqsızlıq edən yer üzündə haqsız yerə azğınlıq edənlərin əleyhinədir. Bax budur, onlar özləri üçün acı bir əzab olanlardır.