Əlixan Musayev:
Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
Bünyadov-Məmmədəliyev:
Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!
Elmir Quliyev
:
Они охотно выслушивают ложь и пожирают запретное. Если они явятся к тебе, то рассуди их или же отвернись от них. Если ты отвернешься от них, то они нисколько не навредят тебе. Но если ты вынесешь решение, то суди их беспристрастно. Воистину, Аллах любит беспристрастных.
Ələddin Sultanov:
Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
Kerbelayi Malik ağa:
Yalan danışmaq üçün dinləyənlər, çox haram yeyənlər sonra da (Tövratın hökmünə razı olmayıb) əgər sənin yanına gələrlərsə, o təqdirdə onların arasında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirəcək olsan, artıq sənə əsla (heç) bir şeylə zərər verə bilməzlər. Əgər aralarında hökm edəcək olsan, o təqdirdə ədalət ilə hökm et. Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
Ələsgər Musayev:
Onlar yalana qulaq asırlar, haram yeyirlər. Əgər sənin
yanına gəldilər, onların arasında hökm et, ya üz döndər
onlardan. Əgər üz döndərsən onlardan, sənə bir şeylə zərər
yetirə bilməzlər. Əəgər hökm etdin, aralarında insafla hökm
et. Həqiqətən, Allah sevir insaflıları!
A.Mehdiyev və D.Cəfərli:
Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.
Kövsər Tağıyev:
Onlar yalana çox qulaq asan, çox haram yeyənlərdir. Əgər sənin yanına gəlsələr, ya aralarında hökm ver, ya da onlardan üz çevir. Onlardan üz çevirsən, sənə qətiyyən bir zərər verə bilməzlər. Əgər hökm versən, aralarında ədalətlə hökm ver. Çünki Allah ədalətli olanları sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar daim yalana qulaq asır və daim haram şeylər yeyirlər. Əgər onlar yanına gəlsələr, onların arasında hökm ver və ya onlardan üz çevir. Onlardan üz çevirmiş olsan, onlar heç nə ilə sənə zərər toxundura bilməzlər. Əgər hökm versən, onda aralarında ədalətlə hökm ver. Əlbəttə ki, Allah ədalətli kəsləri sevir.
Sabirə Dünyamalıyeva:
Yalana çox qulaq asanlar, haramı çox yeyənlər; onlar, əgər sənin yanına gəlsələr, aralarında hökm et və ya onlardan uzaq dur. Və əgər onlardan uzaq dursan, artıq heç bir zaman sənə zərər vura bilməzlər. Və əgər hökm etsən, o zaman aralarında haqqaniyetle hökm et. Şübhəsiz ki, Allah haqqaniyetle iş görənləri sevər.