Əlixan Musayev:
Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!
Elmir Quliyev
:
Или же они желают замыслить козни? Но ведь неверующие сами станут жертвой козней.
Ələddin Sultanov:
Yoxsa onlar bir tələ qurmaq istəyirlər?! Tələyə düşəcək olanlar məhz kafirlərdir.
Kerbelayi Malik ağa:
Yoxsa bir tələmi qurmaq istəyirlər? Lakin tələyə düşəcək olanlar o kafirlərdir.
Ələsgər Musayev:
Yoxsa onlar fənd istəyirlər?
O kəslər ki, kafirdirlər, onlara fənd edilib.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiyləylə məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).
Kövsər Tağıyev:
Yoxsa bir tələ qurmaq istəyirlər? Əksinə, inkar edənlərin özləri tələyə düşəcək olanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar tələ qurmaq istəyirlər? Lakin kafirlərin özləri tələyə düşərlər.
Sabirə Dünyamalıyeva:
Yoxsa hiyləgər bir tələ qurmaq istəyirlər? Lakin kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] özləri hiyləgər tələyə düşəcəklər.