Əlixan Musayev:
Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
Bünyadov-Məmmədəliyev:
Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
Elmir Quliyev
:
Они сочли ложью все Наши знамения, и Мы схватили их Хваткой Могущественного, Всемогущего.
Ələddin Sultanov:
Onlar bütün ayələrimizi yalanladılar. Buna görə də onları güc və qüdrətimizə layiq bir şəkildə (əzabla) yaxaladıq.
Kerbelayi Malik ağa:
Ayələrimizin hamısını yalanladılar. Bu səbəblə onları üstün qüdrət sahibinə yaraşan bir əzabla yaxaladıq (həlak etdik).
Ələsgər Musayev:
Yalan saydılar ayətlərimizlə
Bizi, küllisini onun və tutduq onları əziz və qüdrətlinin tutmağı
kimi.
A.Mehdiyev və D.Cəfərli:
Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.
Kövsər Tağıyev:
Bütün ayələrimizi inkar etdilər. Biz də onları mütləq güc və qüdrət sahibinin yaxalaması kimi yaxaladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar möcüzələrimizin hamısını yalan hesab etdilər. Biz də onları qüdrət və qüvvət sahibi kimi yaxaladıq.
Sabirə Dünyamalıyeva:
Onlar bütün ayələrimizi inkar etdilər. Biz də onları çox qüvvətli və qüdrətli birinin yaxalaması şəklində yaxaladıq.