Əlixan Musayev:
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!
Elmir Quliyev
:
Те, которые уверовали и совершали праведные деяния, будут обитателями Рая и пребудут там вечно. Мы не возлагаем на человека сверх его возможностей.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Amənu olanlar (həyatda ikən Allaha təslim olmağı diləyənlər) və saleh əməl işləyənlər (nəfsini islah edənlər) isə- kimsəni gücündən başqa bir şey ilə məsuliyyətli tutmarıq, onlar cənnət əhlidirlər, onlar orada əbədi qalanlardır.
Ələsgər Musayev:
O kəslər ki, inanırlar və əməllərini islah edirlər - Biz heç bir nəfsi öz gücündən artıq yükləmərik– həmin onlar cənnət əshabıdırlar, orada həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görənlər – (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlərə gəlincə – ki, biz insana ancaq gücünün yetdiyini yükləyərik – onlar cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib xeyir işlər tutanlar isə, - Biz heç kəsə gücü çatandan artığını yükləmərik, - onlar cənnətlikdirlər və orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
İman edənlər və sahmana salmaq məqsədi ilə işlər görənlər; -Biz, heç kəsə gücü çatandan artığını yükləmərik- bax onlar cənnət dostlarıdır və onlar, orada əbədi qalanlardır.