Məaric Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar əylənsinlər.
Bünyadov-Məmmədəliyev:
Elə isə (ya Peyğəmbər!) qoy onlar vəd olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar oynayıb-əylənsinlər!
Elmir Quliyev :
Оставь же их погружаться в словоблудие и забавляться, пока они не встретят тот день их, который им обещан.
Ələddin Sultanov:
Ona görə qoy onlar vəd olunduqları günə qovuşana qədər (öz işlərinə) dalıb əylənsinlər.
Kerbelayi Malik ağa:
Artıq onları tərk et, vəd olunduqları günə çatana qədər (dünyaya) dalsınlar oynayıb-əylənsinlər.
Ələsgər Musayev:
Üz çevir onlardan, qoy öz oyunlarına məşğul olaraq, yüklənərək əylənsinlər, ta öz günləri ilə görüşənə qədər odur ki, onlara vəd olunub.
A.Mehdiyev və D.Cəfərli:
Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar oynayıb-əylənsinlər.
Kövsər Tağıyev:
biz onların yerinə daha yaxşılarını gətirməyə qadirik. Bizim önümüzə keçilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy vəd olunmuş günə qədər onlar öz işlərində olub əylənsinlər.
Sabirə Dünyamalıyeva:
Sən onları dərhal burax, vəd olunduqları günə qovuşanadək qədər boş şeylərlə məşğul olsunlar əylənsinlər.