Yusif Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül bir o qədər qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
Bünyadov-Məmmədəliyev:
(Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”
Elmir Quliyev :
Царь сказал: видел, как семь тощих коров пожирают семерых тучных, а также семь зеленых колосьев и семь высохших. О знатные люди! Разъясните мое видение, если вы умеете толковать сны".
Ələddin Sultanov:
Kral: “Mən (yuxuda) gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir. Bir yeddi yaşıl sünbül yeddi quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yozursunuzsa, mənim yuxumu da yozun!” - dedi.
Kerbelayi Malik ağa:
Hökmdar belə dedi: ‘Həqiqətən mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini gördüm. Yeddi yaşıl sünbül digərlərini qurumuş gördüm. Ey əyanlar! Əgər siz (yuxu) yoza bilirsinizsə, mənə yuxumu yozun.’
Ələsgər Musayev:
Məlik dedi: «Gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir yeddi yaşıl sünbülü yeddi qurumuş sünbül əhatə edib. Ay böyüklər! Gördüyüm röyanın həllini mənə verin, əgər röyanın təbirini bilənlərsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
(bir gün) şah dedi: «Mən (yuxuda) yeddi arıq inəyin yediyi yeddi kök inək, həmçinin yeddi yaşıl sünbül (yaşıl sünbüllərə sarılaraq onları qurudan) digər quru sünbüllər gördüm. Ey tayfa başçıları, əgər yuxu yozursunuzsa, mənə yuxum barədə fikir bildirin.»
Kövsər Tağıyev:
Kral: “Mən yuxumda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül yeddi quru sünbül görürəm. Ey əyanlar! Əgər yuxu yozursunuzsa, mənə yuxumu yozun”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Şəhər hakimi dedi: "Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini yeddi yaşıl sünbülün başqa quru sünbülləri (basdığını) gördüm. Ey əyanlar, əgər yoza bilirsinizsə, yuxumu yozub mənə bir qərar verin!"
Sabirə Dünyamalıyeva:
hökmdar dedi ki: "Şübhəsiz ki, mən yeddi cılız inəyin yeddi kök inəyi yediyini yeddi yaşıl sünbüllə yeddi quru sünbül görürəm. Ey əyanlar! Siz görünüş/əks yoza bilirsinizsə, məni bu görünüş haqqında inandırıb məlumatlandırın."