İbrahim Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(O gün) onlar başlarını yuxarı qaldıraraq (carçıya doğru) tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq onların qəlbi bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır).
Bünyadov-Məmmədəliyev:
Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini qırpa bilməzlər. Onların qəlbləri bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur).
Elmir Quliyev :
Они будут спешить с запрокинутыми головами. Взоры не будут возвращаться к ним, а их сердца будут опустошены (переполнены страхом и лишены всех иных чувств).
Ələddin Sultanov:
Onlar (o gün) gözlərini belə qırpmadan başlarını göyə qaldırıb, qəlbləri bomboş halda (qeyri-ixtiyari olaraq carçıya tərəf) qaçacaqlar.
Kerbelayi Malik ağa:
Başlarını dik tutaraq (səmaya doğru davamlı baxaraq) tələsənlər! Onların baxışları özlərinə dönə bilməz. Onların qəlbləri həva ilə (nəfsin afətləriylə) doludur (nəfsin afətlərindən ibarətdir).
Ələsgər Musayev:
Çalışarlar tələsərək başlarını yuxarı tutmuş halda, gözləri açıq qalıb könülləri havadır.
A.Mehdiyev və D.Cəfərli:
Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir diqqətdən) boşdur.
Kövsər Tağıyev:
O gün başlarını yuxarı dikib (çağırıldıqları yerə doğru) qaçarlar. Gözləri özlərini belə görməz, qəlbləri bomboşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar başlarını yuxarı qaldıraraq (çağırana doğru) tələsik cumacaqlar, onların nəzərləri donub qalacaqdır, ürəklərində isə bir boşluq olacaqdır.
Sabirə Dünyamalıyeva:
Ancaq O, onlara, başlarını qaldırıb qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir günə qədər Onların baxışları özlərinə dönməz onların könülləri bomboştur.