Nəhl Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri (elçi) göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən so­­ruşun.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səndən əvvəl özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü yalnız kişilərdən ibarət olmalıdır).
Elmir Quliyev :
Мы посылали до тебя посланниками только мужей, которым внушали откровение. Если вы не знаете, то спросите обладателей Напоминания.
Ələddin Sultanov:
Səndən əvvəl vəhy etdiyimiz kişilərdən başqasını peyğəmbər göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun!
Kerbelayi Malik ağa:
Biz səndən əvvəl özlərinə vəhy etdiyimiz ricaldan (kişilərdən) başqasını (rəsul olaraq) göndərmədik. Əgər bilmirsinizsə, o təqdirdə zikr əhlindən (daimi zikr sahiblərindən) soruşun!
Ələsgər Musayev:
Biz göndərdik səndən qabaq, ancaq kişiləri ki, onlara vəhy edirdik sual edin zikr əhlindən, əgər bilmirsiniz
A.Mehdiyev və D.Cəfərli:
(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə (mələklər, qadınlar cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).
Kövsər Tağıyev:
Səndən əvvəl ancaq vəhy etdiyimiz bəzi kişiləri peyğəmbər olaraq göndərdik. Əgər bilmirsinizsə, elm əhlindən soruşun.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl onlara ancaq vəhy etdiyimiz kişiləri (peyğəmbər) göndərdik. Əgər siz özünüz bilmirsinizsə, onda Zikr [Kitab] əhlindən soruşun.
Sabirə Dünyamalıyeva:
Biz səndən əvvəl də, yalnız özlərinə vəhy etdiyimiz yetkin insanları açıq dəlillərlə yazılı sənədlərlə elçi olaraq göndərdik. Əgər bilmirsinizsə, Tövrat İncili bilən alimlərdən soruşun.