Əlixan Musayev:
Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, (onun vasitəsilə) öyüd-nəsihət qəbul etsinlər.
Elmir Quliyev
:
Погубив первые поколения, Мы даровали Мусе (Моисею) Писание в качестве наглядного наставления для людей, верного руководства и милости, чтобы они могли помянуть назидание.
Ələddin Sultanov:
Həqiqətən, Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bir nur, hidayət rəhbəri və rəhmət olaraq Kitabı (Tövratı) verdik ki, bəlkə, onlar düşünüb öyüd alalar.
Kerbelayi Malik ağa:
And olsun ki, əvvəlki nəsilləri həlak etdikdən sonra Musaya (ə.s) insanlar üçün bəsirətləri açılsın (qəlb gözləri görməyə başlasın) və hidayət rəhbəri və rəhmət olsun deyə Kitabı (Tövratı) verdik. Ümid edilir ki, beləcə onlar, təzəkkür edərlər.
Ələsgər Musayev:
V? ?ta etdik Musaya kitab? ?vv?lki n?sill?ri h?lak ed?nd?n sonra - insanlar ucun b?sir?t v? hiday?t v? r?hm?t olaraq, ola ki, onlar yad etsinl?r.
A.Mehdiyev və D.Cəfərli:
Biz (Nuh, Hud, Saleh və Lutun qövmü kimi) keçmiş cəmiyyətləri həlak etdikdən sonra camaat üçün bəsirət vasitəsi hidayət və rəhmət səbəbi olan (səmavi) kitab(ı Tövratı) Musaya əta etdik ki, bəlkə öyüd - nəsihət alsınlar.
Kövsər Tağıyev:
And olsun, ilk nəsilləri həlak etdikdən sonra Musaya – düşünüb ibrət götürsünlər deyə – insanların bəsirətini (qəlb gözünü) açan dəlillər, bir hidayət və bir rəhmət olaraq Kitabı (Tövratı) verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bəsirət dəlilləri, yol göstəricisi və bir mərhəmət olaraq Kitabı [Tövratı] göndərdik ki, bəlkə düşünüb daşınalar.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz ilk nəsilləri dəyişikliyə/məhvə məruz qoyduqdan sonra, Musaya, ibrət götürsünlər deyə insanlar üçün açıq-aydın dəlillər, rəhbər və rəhmət olaraq Kitabı/Tövratı verdik.