Əlixan Musayev:
Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq (həqiqəti) dərk edən adamlar anlayarlar.
Bünyadov-Məmmədəliyev:
Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar.
Elmir Quliyev
:
Такие притчи Мы приводим людям, но разумеют их только обладающие знанием.
Ələddin Sultanov:
Biz bu məsəlləri insanlar üçün çəkirik. Lakin onları ancaq bilənlər (düşünüb öyüd götürənlər) dərk edərlər.
Kerbelayi Malik ağa:
Bu misalları insanlar üçün çəkirik. Onu alimlərdən başqası idrak edə bilməz.
Ələsgər Musayev:
Bu məsəllərdir ki, vururuq Biz onu insanlar üçün və əql edər onu ancaq alim olanlar.
A.Mehdiyev və D.Cəfərli:
Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).
Kövsər Tağıyev:
Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları ancaq elm sahibləri düşünüb anlayar.
M.Qənioğlu və T.Bilaloğlu:
Budur məsəllər! Biz onları insanlar üçün çəkirik. Onları isə ancaq bilənlər anlayarlar.
Sabirə Dünyamalıyeva:
Və Biz, bu misalları insanlara çəkirik. Onları da yalnız alimlər dərk edər.