Rum Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bölünəcəklər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab çəkildikdən sonra) bölük-bölük (iki dəstə) olarlar. (Möminlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər).
Elmir Quliyev :
Обрати свой лик к правой вере до того, как придет Неотвратимый день от Аллаха. В тот день они будут поделены на две группы.
Ələddin Sultanov:
Allah tərəfindən geri dönüşü olmayan o gün (qiyamət günü) gəlmədən əvvəl üzünü doğru olan dinə çevir! O gün insanlar dəstə-dəstə olacaqlar.
Kerbelayi Malik ağa:
Elə isə Allahın onu geriyə döndərməyəcəyi o gün (qiyamət günü) gəlmədən əvvəl vəchini qəyyum (əzəldən əbədə qədər davam edəcək) olan din üçün iqamə et (həsr et). İzn günü onlar bölük-bölük ayrılarlar.
Ələsgər Musayev:
yönəlt vəchini qiymətli din üçün, ondan qabaq ki, bir gün gələr, Allahdan onun qarşısını alan olmaz. O gün onlar ayrılarlar:
A.Mehdiyev və D.Cəfərli:
(Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.
Kövsər Tağıyev:
Allah tərəfindən geri dönüşü olmayan gün gəlmədən öncə üzünü doğru dinə çevir. O gün insanlar bölük-bölük ayrılacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah tərəfindən (göndəriləcək), kimsə tərəfindən dəf edilməsi mümkün olmayacaq gün gəlməzdən əvvəl üzünü doğru dinə tərəf tut! O günü onlar (möminlər kafirlər) bölünüb ayrılacaqlar.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allah tərəfindən, qarşısıalınmaz bir gün gəlməmişdən əvvəl üzünü doğru/qoruyan dinə çevir. O gün onlar, Allahın, iman edən yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə nemətləriylə əvəz verməsi üçün dəstə-dəstə ayrılacaqlar.