Əhzab Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!
Elmir Quliyev :
Он Тот, Кто благословляет вас, и Его ангелы также благословляют вас, чтобы вывести вас из мраков к свету. Он милосерден к верующим.
Ələddin Sultanov:
Sizi qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Öz rəhmətini göndərən Odur. Mələkləri sizin üçün istiğfar edərlər. Allah möminlərə qarşı çox mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Sizi (nəfsinizin qəlbini), qaranlıqlardan aydınlığa çıxarmaq üçün üzərinizə salavat (vasitəsiylə nur) göndərən O Onun mələkləridir ki, O, möminlərə Rəhimdir. (Rəhim əsmasıyla təcəlli edən).
Ələsgər Musayev:
O Odur ki, sülh diləyir üzərinizə sizin mələkləri Onun, ondan ötrü ki, xaric etsin sizi zülmətdən nura tərəf oldu O inananlar ilə Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Sizi (cəhalət, küfr fisq) zülmətindən (elm, iman təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.
Kövsər Tağıyev:
O, sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün sizə mərhəmət edən, mələkləri sizin üçün bağışlanma diləyəndir. Allah möminlərə çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi zülmətlərdən işığa çıxarmaq üçün xeyir duasını üzərinizə salan Odur. Onun mələkləri sizin üçün dua edirlər. O, möminlərə rəhm edəndir.
Sabirə Dünyamalıyeva:
O, sizləri zülmətdən işığa çıxartmaq üçün sizə kömək edəndir. Onun təbiətdəki gücləri/nazil etdiyi xəbərçi ayələri kömək edirlər. O, möminlərə [qarşı] çox mərhəmətlidir.