Əlixan Musayev:
(İçində) Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar mömin deyillər.
Bünyadov-Məmmədəliyev:
İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim təyin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mömin) kimsələr deyildirlər.
Elmir Quliyev
:
Но как они выберут тебя судьей, если у них есть Таурат (Тора), содержащий закон Аллаха? Даже после этого они отворачиваются, ибо они не являются верующими.
Ələddin Sultanov:
İçində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər?! Sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyillər.
Kerbelayi Malik ağa:
İçində Allahın hökmləri olan Tövrat onların yanında ikən, səni necə hakim təyin edirlər. Sonra da bundan (verdiyin hökmdən) üz çevirirlər. Onlar mömin deyillər.
Ələsgər Musayev:
Necə səni hakim
təyin edirlər və onların yanında Allahın hökmləri olan Tövrat,
var və bundan sonra ondan üz döndərirlər? Həmin onlardır ki,
inanmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.
Kövsər Tağıyev:
İçərisində Allahın hökmü olan Tövrat yanlarında ola-ola necə olur ki, səni hakim təyin edirlər, sonra bunun ardından verdiyin hökmdən üz döndərirlər? Onlar (nə öz kitablarına, nə də sənə) inanan kimsələr deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
İçərisində Allahın hökmü olan Tövrat özlərində ola-ola onlar necə səni hökm verən edib sonra da üz çevirirlər? Çünki onlar iman gətirən deyildirlər.
Sabirə Dünyamalıyeva:
İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola, səni necə hakim [təyin] edirlər, ondan sonra da geri addım atırlar? Onlar, inanan kəslər deyildirlər.