Zariyat Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səmud (qövmünün) hekayətində (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
Bünyadov-Məmmədəliyev:
Səmudun (Səmud qövmünün) başına gələnlərdə (bir ibrət dərsi vardır). O zaman onlara: “Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!” deyilmişdi.
Elmir Quliyev :
Знамение было и в рассказе о самудянах. Им было сказано: "Пользуйтесь благами до определенного времени".
Ələddin Sultanov:
Səmud qövmündə (ibrətlər vardır)! O zaman onlara: “Müəyyən bir vaxta qədər (dünya nemətlərindən) faydalanın!” - deyilmişdi.
Kerbelayi Malik ağa:
Səmud (qövmündə) dəlillər vardır. Onlara: ‘Bir müddət faydalanın.’ deyilmişdi.
Ələsgər Musayev:
Səmudda… Onda deyildi onlar üçün: «Bir müddət mətahlanın!»
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə Bizim qəzəb qüdrətimizin nişanəsi vardır).
Kövsər Tağıyev:
Səmud qövmündə ibrətlər var. Bir vaxt onlara: “Bir müddət faydalanın, görək”, deyilmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmud əhvalatında da. O zaman deyildi: "Siz bir vaxta kimi yaşayıb güzəran sürün."
Sabirə Dünyamalıyeva:
Səmud [qövmündə] işarətlər/nişanələr vardır. Bir zaman onlara: "Hələ ki, bir müddət bəhrələnin!" deyilmişdi.