Əlixan Musayev:
Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
Bünyadov-Məmmədəliyev:
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
Elmir Quliyev
:
Разве ваши неверующие лучше тех? Или же у вас есть неприкосновенность, упомянутая в Писаниях?
Ələddin Sultanov:
Sizin kafirləriniz onlardan daha yaxşıdır?! Yoxsa kitablarda sizin toxunulmaz olduğunuzmu yazılıb?!
Kerbelayi Malik ağa:
(Ey Məkkəlilər!) Sizin kafirləriniz onlardan (yalanlayan qövmlərdən) dahamı xeyirli, yoxsa sizin üçün səmavi kitablarda bəraətmi var?
Ələsgər Musayev:
Ə, sizin kafirləriniz qabaqkılardan xeyirlidir? Yoxsa
sizin üçün Zəburda bəraət var?
A.Mehdiyev və D.Cəfərli:
Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?
Kövsər Tağıyev:
(Ey məkkəlilər!) Sizin kafirləriniz onlardan daha xeyirlidir? Yoxsa sizin üçün kitablarda bir bəraət var?
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin kafirləriniz bunlardan yaxşıdır, yoxsa kitablardan sizin bir bəraət kağızınız vardır?!
Sabirə Dünyamalıyeva:
Sizin kafirləriniz [Allahın məbud və bəbb olduğunu bilə-bilə inkar edən kəsləriniz] onlardan xeyrlidirmi? Yoxsa sizin elinizdə onların xilas olacaqları haqqında Allah tərəfindən verilən bir təminat və ya fərmanmı var?