Əlixan Musayev:
İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. (Onlara )(deyiləcəkdir:) “Məgər əvvəllər siz (dünyadan köçməyəcəyiniz) barədə and içməmişdiniz?!
Bünyadov-Məmmədəliyev:
İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!
Elmir Quliyev
:
Предостерегай людей от того дня, когда к ним явятся мучения. Тогда те, которые поступали несправедливо, скажут: "Господь наш! Дай нам отсрочку на маленький срок, и мы ответим на Твой призыв и последуем за посланниками". Им будет сказано: "Разве раньше вы не клялись, что не покинете земной мир?
Ələddin Sultanov:
İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətinə uyaq və peyğəmbərlərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?
Kerbelayi Malik ağa:
Əzabın onlara gələcəyi gün ilə insanları xəbərdar et. O zaman zalımlar belə deyəcək: ‘Rəbbimiz, bizi yaxın bir müddətə qədər təxir et (bizə zaman ver, möhlət ver). Sənin dəvətini qəbul edək və rəsullara tabe olaq.’ Daha əvvəl ‘sizin üçün bir zaval olmadığına’ yəmin edən siz deyilsinizmi?
Ələsgər Musayev:
Nəzərinə çatdır insanların
o gündən ki, onlara əzab gələr və deyərlər o kəslər ki,
zalimdirlər: «Rəbbimiz! Təxirə sal bizi yaxın vaxta qədər. Biz
cavab verək Sənin dəvətinə və tabe olaq rəsullara!» Ə, siz and
içən olmadınız ki, yoxdur sizin üçün zaval?
A.Mehdiyev və D.Cəfərli:
Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) İnsanları onlara əzabın gələcəyi gün barəsində xəbərdar et. Çünki o gün zalımlar: “Ey Rəbbimiz! Yaxın bir müddətə qədər bizə möhlət ver, sənin çağırışına əməl edək və peyğəmbərlərə tabe olaq”, – deyəcəklər. Onlara belə deyiləcək: “Daha əvvəl sizə zaval toxunmayacağına dair and içməmişdinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Sən insanlara əzabın gələcəyi gün barəsində xəbərdarlıq et. O günü onlar deyəcəklər: "Rəbbimiz! Bizə yaxın bir vaxta kimi möhlət ver ki, biz Sənin çağırışına da səs verək, peyğəmbərlərin də ardınca gedək". Məgər sizə heç bir zaval olmayacağı barədə bir vaxt siz and içmirdiniz?
Sabirə Dünyamalıyeva:
Və sən insanlara, əzabın gələcəyi gün barədə xəbərdarlıq et. Artıq, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər, "Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver, Sənin dəvətini qəbul edək və elçilərə tabe olaq." deyərlər. -Daha əvvəl siz, sizin üçün bitişin/tükənişin/məhv olmağın olmadığına dair and içməmişdinizmi? Həm də siz, şirk qoşaraq özlərinə haqsızlıq edənlərin yurdlarında sakin oldunuz.