Kəhf Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən ən gözəl aqibət nəsib edən Odur.
Bünyadov-Məmmədəliyev:
Belə bir vəziyyətdə kömək göstərmək (və ya hökm,) ancaq haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə ən xeyirlisi Odur.
Elmir Quliyev :
В таких случаях оказать поддержку может только Истинный Аллах. У Него лучшее вознаграждение и лучший исход.
Ələddin Sultanov:
Burada himayədarlıq haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafatı da, ən yaxşı aqibəti verən Odur.
Kerbelayi Malik ağa:
Bu yerdə vəlayət (kömək, dostluq) Allaha aid bir haqdır. O (Allah), savab (mükafat) baxımından da aqibət baxımından da daha xeyirlidir.
Ələsgər Musayev:
Burada dostluq Haqq olaraq Allah üçündür. O xeyirli savab verəndir xeyirli aqibət verəndir!
A.Mehdiyev və D.Cəfərli:
Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə ixtiyarı, mükafatı aqibəti təmin etmək qüdrəti vardır).
Kövsər Tağıyev:
Belə bir vəziyyətdə vəlayət (himayə qoruma) yalnız haqq olan Allaha məxsusdur. Onun mükafatı da daha xeyirlidir, qismət edəcəyi aqibət daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman [qiyamət günü] imdad etmək haqq olan Allahın işidir. O, mükafat verməkdə də, aqibət qismət etməkdə ən yaxşısıdır.
Sabirə Dünyamalıyeva:
Bax burada hakimiyyət/yardımçı, himayəçi, yol göstərən olmaq ancaq haqq olan Allaha məxsusdur. O, mükafatlandırmaq baxımından ən yaxşı aqibəti təyin etmək baxımından da ən yaxşıdır.