Bəqərə Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?
Elmir Quliyev :
Неужели вы станете призывать людей к добродетели, предав забвению самих себя, ведь вы же читаете Писание? Неужели вы не образумитесь?
Ələddin Sultanov:
Kitabı (Tövratı) oxuduğunuz halda insanlara yaxşı işlər görmələrini əmr edib özünüzü unudursunuzmu? Məgər düşünmürsünüz?
Kerbelayi Malik ağa:
İnsanlara birri (nəfsi islah edib təslim olmağı) əmr etdiyiniz halda, siz özünüzü unudursunuz? Siz Kitabı oxuduğunuz halda hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Ə, əmr edirsiniz insanlara yaxşılığı unudursunuzmu öz nəfsinizi siz tilavat edirsiniz kitabı? Ə, məgər əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!
Kövsər Tağıyev:
Siz Kitabı (Tövratı) oxuduğunuz halda, özünüzü unudub başqalarına yaxşılığımı əmr edirsiniz? (Etdiyiniz əməlin çirkinliyini) başa düşmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara yaxşı işlər görməyi tövsiyə edirsiniz, özünüzü isə unudursunuzmu ? Siz ki, Kitab(Tövrat) oxuyursunuz. Bəs ağıllanmayacaqsınız ?
Sabirə Dünyamalıyeva:
Siz, insanlara "birr"i/yaxşı adam olmağı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki Kitabı oxuyursunuz. Hələ başa düşmürsünüz?