Ənbiya Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bəli, Biz onlara atalarına ömürləri boyunca qədər xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib (müşriklərə aid) ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!
Bünyadov-Məmmədəliyev:
Doğrusu, Biz bununla (bu kafirlərə) atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!
Elmir Quliyev :
Мы позволили им и их отцам пользоваться благами, так что их жизнь затянулась. Неужели они не видят, что Мы уменьшаем землю по краям (отдаем ее во владение верующим)? Неужели это они одержат верх?
Ələddin Sultanov:
Əksinə, Biz onları da, atalarını da yaşadıqları uzun illər boyu dünya nemətlərindən faydalandırdıq. Bəs Bizim (müşriklərə aid) ərazini ətraflarından əskiltdiyimizi görmürlərmi? Elə isə qalib olanlar onlardırmı?
Kerbelayi Malik ağa:
Xeyr, onlara da uzun gələn bir ömür boyunca onları atalarını Biz faydalandırdıq. Yer üzünə gəlib onu ətrafından necə əksiltdiyimizi hələ görmürlərmi? Elə isə qalib gələnlər (üstün olanlar) onlarmı?
Ələsgər Musayev:
Bəli, mətah verdik onlara atalarına, ta ömürləri uzunu. Ə, onlar görmürlərmi Biz gəlirik ərzə, qısaldaraq onun ətrafından? Ə, onlarmıdır qaliblər?
A.Mehdiyev və D.Cəfərli:
Bəli, Biz onları (Məkkə müşriklərini) onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxslərin, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!
Kövsər Tağıyev:
Bəli, biz onlara da, onların atalarına da yaxşı gün-güzəran verdik. Belə ki, uzun müddət yaşadılar. Ancaq onlar daha görmürlərmi ki, biz yerə gəlib onu ətrafından əskildirik. O halda onlarmı qalib gələcəklər?
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, Biz onlara ata-babalarına xoş güzəran verdik. Belə ki, ömürləri onlara uzun göründü [qürrələndilər]. Məgər onlar Bizim (islamı yaymaqla) onların torpaqlarını hər tərəfdən azalda-azalda gəldiyimizi görmürlər? Belə isə qalib onlardırmı?
Sabirə Dünyamalıyeva:
Əslində Biz, o kafirləri atalarını, ömür onlara uzun gələnə qədər bəhrələndirdik. Yaxşı, indi Bizim yer üzünə gəlib onu ətrafından əskiltdiyimizi görmürlərmi? O halda, üstün gələn onlardırmı?