Həcc Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mədyən əhli (elçiləri yalançı saymışdı). Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir (görəydin)!
Bünyadov-Məmmədəliyev:
Mədyən əhli (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fironun özü camaatı tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları (əzabla) yaxaladım. (Bir görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb inkar etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim neməti müsibətlə əvəz etdim!)
Elmir Quliyev :
и жители Мадьяна. Мусу (Моисея) тоже сочли лжецом. Я предоставил отсрочку неверующим, а затем схватил их. Каким же было Мое обличение!
Ələddin Sultanov:
(Şüeybin qövmü olan) Mədyən xalqı da (peyğəmbərini yalanlamışdı). Musa da yalanlanmışdı. Buna görə kafirlərə möhlət verdim, sonra da onları yaxaladım. Bəs Mənim inkar etməyim (cəzalandırmağım) necədir!
Kerbelayi Malik ağa:
Mədyən xalqı da yalanladı Musa (ə.s) da yalanlandı. Lakin kafirlərə möhlət verdim. Sonra onları əzabla yaxaladım. O zaman mənim cəzalandırmağım necə oldu?
Ələsgər Musayev:
Mədyən əshabı. yalançı sayıldı Musa. Mən möhlət verdim kafirlər üçün, sonra tutdum onları necə oldu Mənim inkar etməyim!
A.Mehdiyev və D.Cəfərli:
eləcə (Şüeybin qömü) Mədyən əhli. Musa da təkzib edilmişdi. Kafirlərə bir müddət möhlət verdim, sonra onları qəzəblə yaxaladım. Buna görə (bax gör) Mənim kəskin əks-əməlim necə idi?
Kövsər Tağıyev:
Mədyən əhli (inkar etmişdi). Musa da yalançılıqda ittiham olundu nəhayət, o inkarçılara möhlət verdim, sonra da onları yaxaladım. Məni inkar etməyin axırı necə olurmuş (gördülər).
M.Qənioğlu və T.Bilaloğlu:
Mədyən sakinləri də. Musa da yalançı hesab olundu. Mən kafirlərə möhlət verdim, sonra isə onlan yaxaladım. (Onların) Məni inkar etmələri gör necə oldu!
Sabirə Dünyamalıyeva:
Mədyən əhli təkzib etmişdi. Musa da təkzib edildi Mən, kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən o kəslərə] bir müddət möhlət verdim. Sonra da onları yaxaladım. Gör Məni tanımamağın [nəticəsi] necə olur!