Nur Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah gecə gündüzü bir-birilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
Allah gecəni gündüzə (gündüzü gecəyə) çevirər. Həqiqətən, bunda (gecə gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır.
Elmir Quliyev :
Аллах чередует день и ночь. Воистину, в этом назидание для обладающих зрением.
Ələddin Sultanov:
Allah gecəni gündüzə, gündüzü gecəyə çevirər. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Kerbelayi Malik ağa:
Allah gecə ilə gündüzü (bir-biriylə) əvəz edir. Şübhəsiz ki, bunda bəsirət sahibləri üçün əlbəttə ibrət vardır.
Ələsgər Musayev:
Allah dolandırır gecə gündüzü. Həqiqətən, bunda bəsirət sahibləri üçün ibrətlər var.
A.Mehdiyev və D.Cəfərli:
Allah gecə - gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət hikmətinə dair bir dəlil) vardır.
Kövsər Tağıyev:
Allah gecəni (gündüzə), gündüzü (gecəyə) çevirər. Şübhəsiz, bəsirət sahibi olanlar üçün bunda bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah gecə gündüzü bir-birilə əvəz edir. Bəsirəti olanlar üçün bunda bir ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Allah gecəni gündüzü çevirər [dəyişdirər]. Şübhəsiz, bəsirət sahibləri üçün həqiqətən bir ibrət var.