Şüəra Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar iplərini dəyənəklərini yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlar iplərini əsalarını yerə atıb: “Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” dedilər.
Elmir Quliyev :
Они бросили свои веревки и посохи и сказали: "Во имя могущества Фараона! Мы непременно одержим верх!"
Ələddin Sultanov:
Bu zaman onlar iplərini əsalarını atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” - dedilər.
Kerbelayi Malik ağa:
Beləcə iplərini əsalarını atdılar. ‘Fironun izzətinə and olsun ki, əlbəttə qalib gələnlər bizlərik.’ dedilər.
Ələsgər Musayev:
atdılar iplərini əsalarını dedilər: «Firaunun izzətinə and olsun ki, həqiqətən, biz qaliblərik!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar öz iplərini əsalarını yerə atdılar. (Firona öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
Kövsər Tağıyev:
Onlar iplərini dəyənəklərini atdılar və: “Fironun gücü ilə, əlbəttə, biz üstün gələcəyik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar öz iplərini əsalarını yerə atdılar dedilər: "Fironun qüdrəti ilə əlbəttə biz qalib gələcəyik."
Sabirə Dünyamalıyeva:
Buna görə onlar təcrübələrini, köhnə inanc iddiaları/çörçöpləri/ başdansovma biliklərini ortaya qoydular və: “Fironun gücü haqqı üçün şübhəsiz, əlbəttə ki, bizlər qalib olanlarıq” dedilər.