Nəml Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”
Bünyadov-Məmmədəliyev:
(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: “Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!”
Elmir Quliyev :
Ей сказали: "Войди во дворец". Увидев его, она приняла его за водную пучину и обнажила свои голени. Он сказал: "Это отшлифованный дворец из хрусталя". Она сказала: "Господи! Я была несправедлива к самой себе. Я покоряюсь вместе с Сулейманом (Соломоном) Аллаху, Господу миров".
Ələddin Sultanov:
Ona: “Saraya daxil ol!” - deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi ətəyini qaldırdı. (Süleyman) dedi: “Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis:) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” - dedi.
Kerbelayi Malik ağa:
Ona: ‘saraya daxil ol.’ deyildi. Onu gördüyü zaman dərin su zənn etdi ayaqlarını açdı (ətəyini qaldırdı). (Süleyman ə.s): ‘Şübhəsiz ki, o, parlaq, büllur şüşədən bir saraydır.’ dedi. (Səba Məlikəsi): ‘Rəbbim, şübhəsiz ki, mən nəfsimə zülm etdim Süleymanla (ə.s) birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum.’ dedi.
Ələsgər Musayev:
Dedilər ona: «Daxil ol saraya!» Amma elə ki, gördü onu, hesab etdi onu su gölməçəsi qıçlarını çırmaladı. Dedi: «Həqiqətən, bu, parlayan saraydır ki, billurdandır». Dedi: «Rəbbim! Həqiqətən, mən öz nəfsimə zülm etmişəm təslim oluram Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha!»
A.Mehdiyev və D.Cəfərli:
Ona deyildi: «Qəsrin həyətinə daxil ol». Qəsrin həyətini gördükdə çoxlu su olduğunu güman etdi, odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. (Süleyman) dedi: «(Bu gördüyün) şüşədən ibarət olan şəffaf sadə bir həyətdir». (Mələkə) dedi: «Ey Rəbbim, həqiqətən, mən (indiyə qədər) özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum». (Qəsrin əzəmətini görməsi, Hüd-hüdun məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu).
Kövsər Tağıyev:
Ona: “Köşkə daxil ol”, deyildi. Köşkü gördükdə onu (zəminini) dərin bir su zənn etdi ətəklərini topladı. Süleyman ona: “Bu (zəmini) büllurdan döşənmiş bir köşkdür”, dedi. Bəlqis: “Ey Rəbbim! Həqiqətən, mən öz nəfsimə zülm etdim. İndi isə Süleyman ilə birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ona dedilər: “Bu qəsrə gir! Bilqeys qəsri gördükdə onu bir gölməçə hesab etdi qıçlarını çırmaladı. Süleyman dedi: "Bu, büllurdan düzəldilmiş bir qəsrdir." Bilqeys dedi: "Rəbbim! Mən (başqalarına itaət etməklə) özümə zülm etmişdim. Artıq mən Süleymana qoşulub aləmlərin Rəbbi Allahın itaətinə girdim,"
Sabirə Dünyamalıyeva:
Məlikəye, "Gizli qapaqlı heç bir şeyin olmadığı, hər şeyin açıq açıq göstərildiyi köşkə/xalis dinə gir!" deyildi. Sonra əlikə, xalis dini görüncə təkrar təkrar, incədən incəyə hesab etdi, araşdırdı keçmiş həyatındakı bütün sirlərini açıqladı. Süleyman; "Bu, Allahın vahylerinden diqqətlə əldə edilmiş xalis dindir" dedi. Melike, "Rəbbim! Mən, həqiqətən, özümə haqsızlıq etmişdim. Süleyman ilə birlikdə, aləmlərin Rəbbi olan Allaha təslim oldum "dedi.