Əlixan Musayev:
(Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlara olduqca gözəl mükafat hazırlamışdır.
Bünyadov-Məmmədəliyev:
(Möminlərin) Ona qovuşacaqları gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua) “salam”dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır.
Elmir Quliyev
:
В тот день, когда они встретят Его, их приветствием будет слово: "Мир!" Он уготовил для них щедрую награду.
Ələddin Sultanov:
Ona qovuşacaqları gün onlar salamlanaraq qarşılanarlar. Allah onlar üçün gözəl bir mükafat hazırlamışdır.
Kerbelayi Malik ağa:
Allaha qovuşduqları gün onların təhiyyəti (mükafatı) ‘salam’dır. Onlara kərim bir mükafat hazırlanmışdır.
Ələsgər Musayev:
Təhiyyətləri onların Onun görüşünə yetişən gün: «Salam!»
olacaq. O hazırlayıb onlar üçün kəramətli əcr.
A.Mehdiyev və D.Cəfərli:
Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
Kövsər Tağıyev:
Allaha qovuşacaqları gün onların xeyir-duaları “salam”dır. Allah onlara bol mükafat hazırlamışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla görüşəcəkləri gün onların ilk eşidəcəkləri söz: "Salam!" - olacaqdır. O, onlar üçün gözəl mükafat hazırlamışdır.
Sabirə Dünyamalıyeva:
Ona qovuşacaqları gün, salamlaşmaları "salam"dır. Allah onlar üçün mötəbər bir mükafat hazırlamışdır.