Əlixan Musayev:
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
Elmir Quliyev
:
Разве они не странствовали по земле и не видели, каким был конец тех, кто был до них? Они были сильнее их, но ничто не способно сбежать от Аллаха ни на небесах, ни на земле. Воистину, Он — Знающий, Всемогущий.
Ələddin Sultanov:
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlar bunlardan daha güclü idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Yer üzündə gəzib-dolaşıb, onlardan əvvəlkilərin aqibəti necə oldu baxmadılarmı? Və onlardan daha çox qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz buraxacaq heç bir şey yoxdur. Şübhəsiz ki, O, ən yaxşı biləndir, (hər şeyə) qadirdir.
Ələsgər Musayev:
Ə, onlar ərzdə seyr edib və nəzər salmırlarmı necə oldu
aqibəti o kəslərin ki, onlardan qabaq var idilər və qüvvətdə
onlardan şiddətli olmuşdular? Olmadı Allahı səmalarda və
ərzdə aciz edən bir şeydən. Həqiqətən, O oldu Alim, Qadir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Yer üzündə dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna nəzər yetirmədilərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Nə göylərdə, nə yerdə Allahı aciz buraxacaq heç bir şey yoxdur. Şübhəsiz, O, haqqı ilə biləndir, haqqı ilə qüdrət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Axı onlar bunlardan da güclü, qüvvətli idilər. Göylərdə və yerdə heç nə Allahı zəif sala bilməz. O, hər şeyi biləndir, hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Və yer üzündə gəzib-dolaşarkən, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar, bunlardan daha qüvvətli idilər. Göylərdə və yer üzündə Allahı aciz qoyan heç bir şey yoxdur. Həqiqətən O, ən yaxşı biləndir, ən güclüdür.