Əlixan Musayev:
(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (arvadını) vur. Andını pozma”. Həqiqətən, Biz onu səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
Bünyadov-Məmmədəliyev:
(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəzasının yüngülləşdirilməsi üçün ona belə buyurduq:) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.
Elmir Quliyev
:
Возьми в руку пучок, ударь им жену и не преступай клятвы". Воистину, Мы нашли его терпеливым. Как прекрасен был этот раб! Воистину, он всегда обращался к Аллаху.
Ələddin Sultanov:
(Biz ona belə dedik:) “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi. (Rəvayətə görə, zövcəsi xətalı bir iş gördüyü üçün Həzrət Əyyub and içmişdi ki, sağalandan sonra ona yüz çubuq vuracaq. Buna görə də Allah-Təala ona yüz çubuqdan ibarət bir dəstə ilə zövcəsinə bir dəfə vurmasını əmr etmişdi. Beləliklə, Həzrət Əyyub andını da pozmamış olacaqdı.)
Kerbelayi Malik ağa:
(Ey Eyyub), əlinə bir dəstə çubuq götür onunla vur, andını pozma. Şübhəsiz ki, Biz onu səbirli gördük. Necə də gözəl qul idi. Şübhəsiz ki, o, əvvab idi (Allaha təslim olmuşdu).
Ələsgər Musayev:
«Götür əlinlə bir dəstə və vur onunla və günah etmə!»
Biz onu səbirli tapdıq. Nemətli bəndə! Həqiqətən, o, qayıdan
idi.
A.Mehdiyev və D.Cəfərli:
Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi.
Kövsər Tağıyev:
Biz də ona: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün soyuq su!” – dedik.
M.Qənioğlu və T.Bilaloğlu:
(Ona deyildi): "Əlinə bir dəstə (çubuq) al və onunla (arvadını) vur, andını pozma!" Biz onu səbrli gördük. Nə gözəl bir bəndə! Həqiqətən də o, həmişə Allaha üz tutan idi.
Sabirə Dünyamalıyeva:
Və əlinə bir tutam ot kimi olan sərmayəni/əttarlıq üçün nanə, reyhan dəstəsi al, ruzi axtarmaq məqsədi ilə onunla dərhal səfərə çıx və qərarsız olma, haq yoldan azma, günah işləmə. Həqiqətən Biz, onu səbr edən gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, o, Rəbbinə çox qayıdandır.