Zümər Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.
Bünyadov-Məmmədəliyev:
De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin yerin hökmü Onun əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”
Elmir Quliyev :
Скажи: "Аллаху принадлежит заступничество целиком. Ему принадлежит власть над небесами и землей, и к Нему вы будете возвращены".
Ələddin Sultanov:
De: “Şəfaət bütövlüklə Allaha məxsusdur. Göylərin yerin hökmranlığı Onundur. Sonra Ona qaytarılacaqsınız”.
Kerbelayi Malik ağa:
De ki: ‘Şəfaətin hamısı Allaha məxsusdur. Göylərin yerin mülkü Onundur. Sonra Ona döndürüləcəksiniz.’
Ələsgər Musayev:
De: «Allah üçündür şəfaət cəmiyyən. Onun üçündür səmaların ərzin mülkü, sonra Ona tərəf müraciət edəcəksiniz!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Şəfaət vasitəçilik bütünlüklə (istər səbəb nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət göylərin yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız.»
Kövsər Tağıyev:
De ki: “Şəfaət bütünlüklə Allaha aiddir. Göylərin yerin hökmranlığı Onundur. Sonra yalnız Ona qaytarılacaqsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Havadarlıq bütünlüklə Allaha məxsusdur. Onundur göylərin yerin mülkü! Sonra isə siz Ona qaytarılacaqsınız."
Sabirə Dünyamalıyeva:
De ki: "Bütün kömək, dəstək, şəfaət Allaha məxsusdur. Göylərin yerin mülkü ancaq Onundur. Sonra yalnız Ona qaytarılacaqsınız."