Nisa Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar sizi (doğru) yoldan azdırmaq istəyirlər?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər sən kitabdan (Tövratdan) bir pay verilmiş olanları (yəhudi alimlərini) görmürsənmi ki, onlar zəlaləti satın alır sizin (doğru) yoldan azmanızı istəyirlər?
Elmir Quliyev :
Разве ты не видел тех, которым была дана часть Писания, которые приобретают заблуждение и хотят, чтобы вы сбились с пути?
Ələddin Sultanov:
Özlərinə kitabdan bir pay verilmiş kimsələri görmədinmi?! Onlar (haqq yolun əvəzinə) zəlaləti satın alır sizin (haqq) yoldan çıxmağınızı istəyirlər.
Kerbelayi Malik ağa:
Kitabdan nəsib verilənləri görmədinmi? Dəlaləti satın alırlar sizin yoldan (Allahın yolundan) sapmanızı (dəlalətə düşməyinizi) istəyirlər.
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsləri ki, əta edilib nəsib onlara kitabdan- satın alarlar zəlaləti istəyirlər ki, sizi zəlil etsinlər yoldan?
A.Mehdiyev və D.Cəfərli:
Məgər kitabdan (səmavi kitab olan Tövrat ya İncil elmindən) bir pay verilmiş kəsləri görmədin ki, (həmin kitablardakı mətləbləri gizlətmək təhrif etməklə öz qövmləri üçün) azğınlığı necə alır sizin haqq yoldan azmağınızı istəyirlər?!
Kövsər Tağıyev:
Kitabdan bir pay verilənləri görmürsənmi? Onlar zəlaləti satın alırlar sizin yoldan azmanızı istəyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Kitabdan bir hissə bəxş olunmuşların azğınlığı satın alıb sizi yoldan azdırmaq istədiklərini görmürsən?
Sabirə Dünyamalıyeva:
Kitabdan bir nəsib verilmiş olan kəsləri görmürsənmi? Onlar azğınlığı satın alır sizin haqq yoldan azmağınızı istəyirlər.