Əlixan Musayev:
O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. (Bütün) işlər Allaha qayıdır.
Bünyadov-Məmmədəliyev:
(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).
Elmir Quliyev
:
Вот Аллах, когда вы встретились, показал их вашим глазам малочисленными, и вас показал их глазам малочисленными, чтобы довести до конца дело, которое уже было свершившимся. Воистину, дела возвращаются к Аллаху.
Ələddin Sultanov:
Allah, olacaq bir işi yerinə yetirmək üçün (döyüşdə) üz-üzə gəldiyiniz zaman onları sizin gözünüzdə (sayca) az göstərir, (düşmənlərin sizin çoxluğunuzdan qorxub ölümdən qaçmamaları üçün) sizi də onların gözündə az göstərirdi. Bütün işlər Allaha qaytarılacaqdır.
Kerbelayi Malik ağa:
O vaxt onlarla qarşılaşdığınız zaman Allah onları sizin gözünüzdə az göstərdi, sizidə onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha dönər.
Ələsgər Musayev:
Onda O göstərdi sizə onları onda ki, görüşdünüz onlarla, sizin gözünüzdə az və azaltdı sizi onların gözündə, onun üçün ki, Allah əmri həll etsin, hansı ki, əməl olunmuşdu. Bütün əmrlər Allaha tərəf dönür!
A.Mehdiyev və D.Cəfərli:
Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş əsnasında iş əksinə oldu. Ali-İmran surəsinin 12-ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır.
Kövsər Tağıyev:
Qarşılaşdığınız zaman onları sizin gözlərinizə az göstərir, sizi də onların gözlərində azaldırdı ki, Allah olacaq bir işi gerçəkləşdirsin. Bütün işlər Allaha döndərilir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman siz qarşı-qarşıya gələrkən Allah onları sizin gözünüzdə sayca az göstərdi. Sizi də onların gözündə azaltdı ki, olacaq bir işi həyata keçirsin. Bütün işlər Allaha qayıdar.
Sabirə Dünyamalıyeva:
Və o vaxt, olması lazım gələn bir işi gerçəkləşdirmək üçün, onlarla qarşılaşdığınız vaxt onları sizin gözünüzə az göstərirdi. Sizi də onların gözündə azaldırdı. Və bütün işlər yalnız Allaha qaytarılacaqdır.