Əlixan Musayev:
Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. Allah müttəqiləri tanıyır.
Bünyadov-Məmmədəliyev:
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!
Elmir Quliyev
:
Те, которые веруют в Аллаха и в Последний день, не спрашивают у тебя дозволения на то, чтобы сражаться своим имуществом и своими душами. Ведь Аллах знает богобоязненных.
Ələddin Sultanov:
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən (geri qalmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
Kerbelayi Malik ağa:
Allaha və axirət gününə iman edən kəslər malları və canları ilə cihad etmək barəsində səndən icazə istəməzlər. Allah təqva sahiblərini bilir.
Ələsgər Musayev:
O kəslər ki, inanırlar
Allah ilə və günü ilə axırın, səndən izn istəməzlər ki, malları
və nəfsləri ilə cihad edələr. Allah Alimdir müttəqilərlə!
A.Mehdiyev və D.Cəfərli:
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
Kövsər Tağıyev:
Allaha və axirət gününə iman edənlər malları və canları ilə cihad etməkdən geri qalmaq üçün səndən izin istəməzlər. Allah özünə qarşı gəlməkdən çəkinənləri çox yaxşı biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha və axirət gününə inananlar öz malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. Axı Allah müttəqiləri tanıyır.
Sabirə Dünyamalıyeva:
Allaha və axirət gününə inanan kəslər, malları və canları ilə səy göstərməyə səndən icazə istəməzlər. Və Allah, Öz mühafizəsi altına daxil olan o kəsləri ən yaxşı biləndir.