İbrahim Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu sizə misallar da çəkdik”.
Bünyadov-Məmmədəliyev:
Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər çəkdik.
Elmir Quliyev :
Вы обитали в жилищах тех, которые были несправедливы к себе. Вам было ясно, как Мы поступили с ними, и Мы приводили вам притчи".
Ələddin Sultanov:
Siz özlərinə zülm edənlərin yurdlarında məskunlaşmışdınız. Onlara etdiyimiz sizə bəlli olmuşdu. Sizin üçün misallar da çəkmişdik”.
Kerbelayi Malik ağa:
Siz nəfslərinə zülm edənlərin məskənlərinə yerləşdiniz onlara nələr etdiyimiz sizə açıqlandı. Sizə misallar çəkdik.
Ələsgər Musayev:
Siz sakin oldunuz o kəslərin məskənində ki, onlar özlərinə zülm etdilər bəyan oldu sizin üçün, necə Biz əməl etdik onlarla sizin üçün məsəl vurduq.
A.Mehdiyev və D.Cəfərli:
«Və özlərinə zülm etmiş kəslərin mənzillərində məskunlaşdınız, sizə onlarla necə rəftar etdiyimiz (onları hansı əzablarla məhv etməyimiz) aydın oldu sizin üçün məsəllər çəkdik (amma bütün bunların sizə heç bir təsiri olmadı).»
Kövsər Tağıyev:
“Özlərinə zülm edənlərin yurdlarını məskən tutdunuz. Onlara etdiyimiz isə sizə bəlli olmuşdu. Sizə misallar da çəkmişdik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz öz-özlərinə zülm etmişlərin yerində məskən saldınız. Onda sizə aydın oldu ki, Biz onları nələrə düçar etmişik. Hələ sizə (aydın) misallar da gətirdik.
Sabirə Dünyamalıyeva:
Onlara etdiyimiz sizə açıq-aydın məlum olmuşdu. sizə misallar da vermişdik.-