Əlixan Musayev:
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik (Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər)
Elmir Quliyev
:
Когда ты прочел Коран, Мы воздвигли между тобой и теми, кто не верит в Последнюю жизнь, невидимую завесу.
Ələddin Sultanov:
Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik.
Kerbelayi Malik ağa:
Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanlar arasına gözə görünməz pərdə (hicabı məsturə) çəkdik.
Ələsgər Musayev:
Onda ki, qiraət edirsən
Qur’anı, səninlə və o kəslərin ki, axirətə inanmırlar, arasında
gizli hicab etdik.
A.Mehdiyev və D.Cəfərli:
Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).
Kövsər Tağıyev:
Qur`an oxuduğun zaman səninlə axirətə inanmayanlar arasına gizli bir pərdə çəkərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Quran oxuyanda Biz səninlə axirətə inanmayanlar arasında gözlə görünməyən bir pərdə çəkirik.
Sabirə Dünyamalıyeva:
Quranı öyrənib-öyrətdiyin zaman, səninlə axirətə inanmayanlar arasında görünməz/gizli bir pərdə çəkdik.