Kəhf Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa məhv etməyə) qadirdir!
Elmir Quliyev :
Приведи им притчу о мирской жизни. Она подобна воде, которую Мы ниспосылаем с неба. Земные растения смешиваются с ней (или благодаря ней), а потом превращаются в сухие былинки, рассеиваемые ветром. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Onlara dünya həyatını örnək ver ki, o, səmadan endirdiyimiz su kimidir. Yer üzünün bitkiləri onunla qarışdı (yetişdi). Sonra isə küləyin apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Məsəl vur onlar üçün dünya həyatını ki, su kimidir. Nazil edirik səmadan onu ərzdə bitkilər onunla qarışıb yetişər. Sabah onların hamısı quruyub tökülər külək onları dağıdıb aparar. Allah külli şey üzərində qüdrətli oldu!
A.Mehdiyev və D.Cəfərli:
onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»
Kövsər Tağıyev:
Onlara dünya həyatını misal çək: (Dünya həyatı) göydən endirdiyimiz yağmur kimidir. Onunla yer üzünün bitkiləri boy atıb bir-birinə qarışır. Lakin bütün bu canlılıq axırda, küləyin sovurduğu quru bir çör-çöp halına gələr. Allah hər şey üzərində qüdrət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onlara [insanlara] bu dünya həyatının misalını çək. O, Bizim səmadan endirdiyimiz suya bənzəyir. Yerin bitkiləri onunla qarışaraq (bitər), sonra isə küləklərin apardığı quru ota çevrilər. Həqiqətən, Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
sən, onlara bəsit dünya həyatının misalını ver: O bəsit dünya həyatı göydən endirdiyimiz bir su kimidir ki, bu su səbəbiylə yer üzünün bitkiləri bir-birinə qarışmış, sonra da küləyin sovurduğu bir çöp qırıntısına dönmüşdür. Allah, hər şeyə gücünü qəbul etdirəndir.