Əlixan Musayev:
Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan”.
Bünyadov-Məmmədəliyev:
Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!”
Elmir Quliyev
:
Отец мой! Я боюсь, что тебя постигнет наказание от Милостивого и что ты станешь помощником дьявола.
Ələddin Sultanov:
Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram”.
Kerbelayi Malik ağa:
Atacan! Şübhəsiz ki, mən sənə Rəhmanın əzabının toxunmasından qorxuram! Beləcə şeytana vəli (dost) olarsan.
Ələsgər Musayev:
Ay
ata! Həqiqətən, xoflanıram ki, sənə əzab toxuna Rəhmandan və
olasan şeytanın dostu!»
A.Mehdiyev və D.Cəfərli:
Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
Kövsər Tağıyev:
“Atacan! Doğrusu, mən çox şəfqətli Rəhman tərəfindən sənə bir əzabın toxunacağından və beləliklə, şeytana dost olacağından qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ata, mən mərhəmətli Allah tərəfindən sənə bir əzab toxunacağından və sənin şeytana yaxın bir dost olacağından qorxuram."
Sabirə Dünyamalıyeva:
Atacan! Mən həqiqətən qorxuram ki, sənə Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] bir əzab gələr və sən də şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən yaxın biri olarsan.