Taha Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən ya həddini aşmasından qorxuruq”.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Ey Rəbbimiz! (Fironun möcüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” dedilər.
Elmir Quliyev :
Они сказали: "Господь наш! Мы боимся, что он поспешит наказать нас или преступит границы дозволенного".
Ələddin Sultanov:
Onlar (Musa Harun) belə dedilər: “Ey Rəbbimiz! Doğrusu biz, onun bizə sərt davranacağından, yaxud həddini aşıb azğınlaşacağından qorxuruq”.
Kerbelayi Malik ağa:
(O ikisi): ‘Rəbbimiz həqiqətən biz onun bizə qarşı həddi aşmasından ya azğın davranmasından qorxuruq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Rəbbimiz! Həqiqətən, biz qorxuruq ki, bizə qarşı ifrata vara, ya da ki, tüğyan edə!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından ya (küfr zülmkarlıqda) həddini aşmasından qorxuruq.
Kövsər Tağıyev:
Musa Harun belə dedilər: “Ey Rəbbimiz! Əslində, biz onun bizə qarşı həddindən artıq sərt münasibət göstərməyindən, yaxud azğınlaşmağından qorxuruq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [Musa Harun] dedilər: "Rəbbimiz, biz onun bizə şiddətli cəza verməsindən ya həddini aşmasından qorxuruq".
Sabirə Dünyamalıyeva:
Musa ilə Harun: "Ey Rəbbimiz! Onun bizə qarşı həddini aşmasından ya azğınlaşmasından qorxuruq" dedilər.