Əlixan Musayev:
Biz Səmud tayfasına – Allaha ibadət edin (deyə), qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə bölündülər.
Bünyadov-Məmmədəliyev:
Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (möminlərə və kafirlərə) ayrıldılar.
Elmir Quliyev
:
Мы послали к самудянам их брата Салиха, чтобы они поклонялись Аллаху, но они стали двумя препирающимися группами.
Ələddin Sultanov:
Şübhəsiz ki, Səmud qövmünə də Allaha ibadət etsinlər deyə qardaşları Salehi göndərdik. Onlar isə bir-biri ilə çəkişən iki qrupa ayrıldılar.
Kerbelayi Malik ağa:
And olsun ki, Səmud qövmünə ‘Allaha qul olsunlar’ deyə onların qardaşı Salehi (ə.s) göndərdik. Lakin onlar o zaman çəkişən iki qrup oldular.
Ələsgər Musayev:
Göndərdik Səmuda tərəf onların qardaşı Salehi ki: «Ibadət edin Allaha!» Onda onlar xosunlaşan iki firqə oldular.
A.Mehdiyev və D.Cəfərli:
Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar (möminlər və kafirlərə), bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar.
Kövsər Tağıyev:
And olsun, biz “Allaha qulluq edin”, – deyə (xəbərdar etməsi üçün) Səmud qövmünə qardaşları Salihi peyğəmbər olaraq göndərdik. Bir də gördü ki, onlar bir-biri ilə çəkişən iki firqə olmuşlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmud camaatına onların qardaşı Salehi (peyğəmbər) göndərdik. (O): "Allaha ibadət edin!" - dedi. Onlar isə bir-birilə ədavət edən iki dəstə oldular.
Sabirə Dünyamalıyeva:
And olsun ki, "Allaha bəndəlik edin" deyə Səmuda da qardaşları Salehi elçi göndərdik. Dərhal bir-birləriylə çəkişən iki dəstəyə ayrıldılar.