Əlixan Musayev:
(Bu ona görədir) ki, (Allah) iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir.
Bünyadov-Məmmədəliyev:
(Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!
Elmir Quliyev
:
Это произойдет для того, чтобы Он воздал Своими щедротами тем, которые уверовали и совершали праведные деяния. Воистину, Он не любит неверующих.
Ələddin Sultanov:
Bu, Allahın iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat verməsi üçündür. Şübhəsiz ki, O, kafirləri sevməz.
Kerbelayi Malik ağa:
Bu amənu olanları və saleh əməl (nəfsini islahedici əməl) edənləri Öz fəzlindən mükafatlandırmaq üçündür. Şübhəsiz ki, Allah kafirləri sevməz.
Ələsgər Musayev:
ondan ötrü ki, O mükafat verə Öz fəzlindən o
kəslərə ki, inandılar və əməli salehdirlər. Həqiqətən, O sevməz
kafirləri!
A.Mehdiyev və D.Cəfərli:
(Allah) iman gətirib və saleh əməllər edənlərə Öz fəzlindən mükafat versin. Həqiqətən, O, kafirləri sevməz.
Kövsər Tağıyev:
Bu hazırlığı Allahın iman edib saleh işlər görənləri öz lütfündən mükafatlandırması üçün edərlər. Həqiqətən, O, inkar edənləri sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, Allah iman gətirib əməlisaleh olanları lütfündən mükafatlandırsın. Kafirləri isə, O sevmir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, O, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] sevməz.