Əlixan Musayev:
Onlara: “Önünüzlə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).
Bünyadov-Məmmədəliyev:
Onlara (müşriklərə): “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!” – deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).
Elmir Quliyev
:
Когда им говорят: "Бойтесь того, что перед вами, и того, что после вас, чтобы вы были помилованы", — они не отвечают.
Ələddin Sultanov:
Onlara: “Önünüzdəkindən (dünya əzabından) və arxanızdakından (axirət əzabından) qorxun! Ola bilsin ki, sizə mərhəmət olunar”, - deyildikdə (onlar üz çevirərlər).
Kerbelayi Malik ağa:
Onlara: ‘Önünüzdə və arxanızda olan şeylərdən çəkinin. Ümid edilir ki, beləcə rəhmət olunarsınız.’ deyilmişdi.
Ələsgər Musayev:
Onda ki, deyirlər onlara: «Qorxun nə ki, arasında önlərinizin və arxalarınızın, ola ki, siz rəhm olunasınız!…»
A.Mehdiyev və D.Cəfərli:
Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» – deyildikdə (etina etməzlər).
Kövsər Tağıyev:
Ancaq tərəfimizdən bir rəhmət olaraq və müəyyən bir vaxta qədər yaşasınlar deyə xilas edilərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "özünüzdə [bu dünyada] və arxanızda [axirətdə] olanlardan qorxun ki, bəlkə sizə rəhm oluna,” - deyildikdə (onlar üz döndərərlər).
Sabirə Dünyamalıyeva:
Və onlara: "Sizə rəhm olunması üçün, keçmişdə etdiyiniz və gələcəkdə edəcəyiniz işlərdən/keçmiş və gələcək qüsurlarınızdan/keçmiş qövmlərin başına gələnlərin sizin başınıza gəlməməsi üçün, axirətdə başınıza gələcək fəlakətlərə qarşı "Allahın mühafizəsi altına daxil olun" deyildiyi zaman