Əlixan Musayev:
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!
Bünyadov-Məmmədəliyev:
Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər!
Elmir Quliyev
:
Аллаху лучше знать ваших врагов. Довольно того, что Аллах является Покровителем! Довольно того, что Аллах является Помощником!
Ələddin Sultanov:
Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir.
Kerbelayi Malik ağa:
Sizin düşmənlərinizi ən yaxşı Allah bilir. Dost olaraq Allah kifayət edər. Yardımçı olaraq Allah kifayət edər.
Ələsgər Musayev:
Allah Alimdir düşmənləriniz ilə və kifayətdir Allah ilə
dostluq və kifayətdir Allahın yardımı!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Kifayətdir ki, Allah sizin dost və başçınız olsun və kifayətdir ki, Allah sizin yardımçınız olsun!
Kövsər Tağıyev:
Allah sizin düşmənlərinizi daha yaxşı bilir. Dost olaraq Allah yetər. Yardımçı olaraq da Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Allah bir himayəçi olaraq kifayətdir, Allah bir köməkçi olaraq kifayətdir!
Sabirə Dünyamalıyeva:
Və Allah sizin düşmənlərinizi daha yaxşı bilir. Və yol göstərən, himayəçi yaxın olaraq, Allah bəs edər. Yardımçı olaraq da Allah bəs edər.