Əlixan Musayev:
Allah (Musanı) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, Allah onu (o mömin şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı (suya qərq oldular).
Elmir Quliyev
:
Аллах защитил его от зла того, что они замыслили, а род Фараона окружили (или поразили) скверные мучения —
Ələddin Sultanov:
Beləcə, Allah həmin şəxsi onların hiylələrinin şərindən qorudu. Firon qövmünü isə pis bir əzab bürüdü.
Kerbelayi Malik ağa:
Beləcə Allah onların etdiyi hiylələrin pisliklərindən onu qorudu. Firon ailəsini əzabın dəhşətlisi bürüdü.
Ələsgər Musayev:
Allah qorudu onu pisliklərdən nə ki, məkr
etmişdilər və haqladı Firaun ailəsini pis əzab
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.
Kövsər Tağıyev:
Allah onu onların hiylələrinin pisliklərindən qorudu. Firon ailəsini əzabın ən pisi bürüdü.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onu onların məkrlə qurduqları hiylələrin şərindən qorudu. Firon nəslinə isə pis əzab üz verdi -
Sabirə Dünyamalıyeva:
Sonra Allah o mömini onların qurduğu hiylələrin şərindən qorudu. Fironun yaxınlarını isə, əzabın pisi; atəş bürüdü.