Əlixan Musayev:
(Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar.
Elmir Quliyev
:
Ты увидишь, как их представят ему (Аду) смиренными от унижения и поглядывающими на него искоса. Те же, которые уверовали, скажут: "Воистину, потерпевшими убыток являются те, которые потеряли самих себя и свои семьи в День воскресения". Воистину, беззаконники пребудут в вечных мучениях.
Ələddin Sultanov:
Onlar cəhənnəmin qarşısına gətirildiklərində zillətdən boyunlarını bükərək göz ucu ilə gizlin-gizlin baxdıqlarını görərsən. İman gətirənlər isə: “Həqiqətən, ziyana düşənlər qiyamət günü özlərini və ailələrini ziyana salanlardır!” - deyərlər. Bilin ki, zalımlar daimi bir əzab içindədirlər.
Kerbelayi Malik ağa:
Onları zillətdən boyun əymiş olaraq ona (əzaba) ərz olunarkən, gizli-gizli (gözaltı) baxdıqlarını görərsən. Amənu olanlar dedilər ki: ‘Şübhəsiz ki, hüsranda olanlar qiyamət günü özlərini və ailələrini hüsrana düşürənlərdir.’ Şübhəsiz ki, zalımlar daimi əzabın içindədirlər, elə deyilmi?
Ələsgər Musayev:
Görərsən onları gətirirlər onun üzərinə çəkinən halda
zəlalətdən, gözaltından gizlin-gizlin nəzər salaraq. O kəslər ki,
inandılar, deyəcəklər: «Həqiqətən, xəsarətdə o kəslərdir ki,
xəsarət yetirdilər öz nəfslərinə və ailələrinə qiyamət günü!» Ə,
məgər yoxmu? Həqiqətən, zalimlər daimi əzabda olacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
Kövsər Tağıyev:
Atəşə ərz olunduqları zaman onların zillətdən başlarını əyərək göz ucu ilə gizli-gizli baxdıqlarını görərsən. İnsanlar isə: “Əsl ziyana uğrayanlar qiyamət günü özlərini və ailələrini ziyana salanlardır”, – deyəcəklər. Yaxşı bilin ki, zalımlar daimi bir əzab içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onların oraya gözucu gizlin baxa-baxa, zəlillikdən başlarını aşağı dikmiş halda gətirildiklərini görəcəksən. İman gətirənlər isə deyəcəklər: ‘Doğrudan da uduzanlar qiyamət günü özlərinə və ailələrinə zərər vurmuş kəslərdir!” Bilin ki, haqsızlar daimi bir əzab içərisindədiriər!
Sabirə Dünyamalıyeva:
Və sən onları alçaqlıqlarına görə, başları önə əyilmiş, gözucu gizli-gizli ətrafa baxarkən, atəşə atıldıqlarını görəcəksən. İman edənlər isə: “Şübhəsiz, zərərə uğrayanlar, özlərini və ailələrini, yaxınlarını Qiyamət günü zərərə uğratmış olan insanlardır” – dedilər. Gözünüzü açın! Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, həmişəlik bir əzab içindədirlər.