Qəmər Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu dəstə mütləq məğlub olacaq arxaya dönüb qaçacaqdır.
Bünyadov-Məmmədəliyev:
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq arxa çevirib qaçacaqdır!
Elmir Quliyev :
Эта группа будет разбита, и они обратятся вспять!
Ələddin Sultanov:
Yaxın bir vaxtda o dəstə məğlub olacaq onlar arxalarına dönüb qaçacaqlar.
Kerbelayi Malik ağa:
(Yaxın zamanda) hamısı məğlubiyyətə uğradılacaq arxalarına dönəcəklər (qaçacaqlar).
Ələsgər Musayev:
Cəmləri dönərək, arxaya çevrilib qaçmağa başlayacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
O vəhdət əlbirlik, tezliklə dağılacaq onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.
Kövsər Tağıyev:
O topluluq yaxın zamanda (Bədrdə) məğlub olacaq arxa çevirib qaçacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
O dəstə məğlub ediləcək onlar geri qaçacaqlar.
Sabirə Dünyamalıyeva:
Tezliklə o dəstə darmadağın olacaq arxalarını çevirib qaçacaqlar.